Zabrat-Maştağa yolunda təmir işləri ilə əlaqədar bir sıra marşrutlarda gecikmələr gözlənilir

Baş səhifə

Bakı. Trend:

Şəhər şosesində (Zabrat-Maştağa yolu) aparılan təmir işləri ilə
əlaqədar bir neçə marşrut xəttində ləngimələr yarana bilər.

Trend xəbər verir
ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat
yayıb.




Bildirilib ki, 40, 55, 54, 105, 107, 107A, 131, 139, 148, 163,
166, 172, 185, 186, 189, 197, 198, 216, 217, 118A, 118B, 173A, 173B
və M8 nömrəli marşrutların hərəkətində gecikmələr mümkündür.

Qurum sərnişinlərdən səfərlərini planlaşdırarkən bu məqamı
nəzərə almalarını xahiş edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir