KİV: ABŞ Yaxın Şərqdəki bazalarındakı hərbçiləri təxliyə edir

Baş səhifə

Pentaqon İranın hücumlarından sonra Yaxın Şərqdəki bir neçə ABŞ bazasından hərbçilərini təxliyə edib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Milli İctimai Radiosu (NPR) məlumat yayıb.

Məlumata görə, İranın Bəhreyndəki bazaya raket və pilotsuz təyyarə hücumu başlatdıqdan sonra yüzlərlə dənizçi ABŞ-a təxliyə edilib. Məlumatda bölgədəki digər bazalardan da təxliyə işlərinin aparıldığı bildirilir.

Məlumatda ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı olan Bəhreyndəki bazadan təxminən 1500 hərbçi və onların ailələrinin təxliyə edildiyi bildirilir.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatından əvvəl bu bazada təxminən 8000 nəfər xidmət edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir