
Bakı. Trend:
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu zədədən sonra meydana
qayıtdığı ilk oyunda dubl edərək Səudiyyə Ərəbistanı çempionatının
27-ci turunda “Ən-Nəsr”in “Ən-Nəcmə”ni 5:2 hesabı ilə məğlub
etməsinə kömək edib.
Trend xəbər verir
ki, Ər-Riyadda baş tutan qarşılaşmada Ronaldu start heyətində çıxış
edib. O, 56-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək
komandasını hesabda önə keçirib, 73-cü dəqiqədə isə üstünlüyü daha
da artırıb.
Bu dubl 41 yaşlı hücumçunun karyerasında vurduğu 966-cı və
967-ci qollar olub. Səudiyyə Pro Liqasının cari mövsümündə
Ronaldunun hesabında 23 qol var.

