
Bakı. Trend:
“Barselona” klubu Alessandro Bastoninin transferi üçün addım
atıb.
Trend xəbər verir
ki, katalon təmsilçisi ilkin olaraq 45 milyon avro təklif edib.
Lakin “İnter” bu məbləği kifayət hesab etmir və ən azı 60 milyon
avro tələb edir. Danışıqların davam etdiriləcəyi bildirilir.
Qeyd olunur ki, müdafiəçi ilə maraqlanan “Çelsi” ilə mümkün
transferi həm “İnter”, həm də futbolçunun özü müzakirə etməkdən
imtina edib.
Məlumata görə, Bastoni “Barselona”ya keçəcəyi təqdirdə onun
illik maaşı 7 milyon avro olacaq ki, bu da hazırda “İnter”də
qazandığından 2 milyon avro çoxdur.

