Peruda stadion çöküb – Ölən və yaralananlar var

Baş səhifə

Bakı. Trend:

Perunun paytaxtı Lima şəhərində Alexandro Vilyanueva stadionunda
konstruksiyanın çökməsi nəticəsində azı 1 nəfər ölüb, 47 nəfər
yaralanıb.

Trend xəbər verir
ki, bu barədə Perunun Səhiyyə Nazirliyi rəsmi “X” səhifəsində
məlumat yayıb.




Yaralı sayının çox olması ilə əlaqədar ölkə rəhbərliyi paytaxt
və şəhərkənarı xəstəxanaları müvəqqəti olaraq gücləndirilmiş iş
rejiminə keçirib.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir