Azərbaycanda 2020-ci ildən bugünədək mina qurbanlarının sayı açıqlanıb – FOTO

Baş səhifə

Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı açıqlanıb.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, statistikaya əsasən, Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı 421 nəfərdir. Onlardan 72 nəfəri ölüb, 349 nəfəri xəsarət alıb. Ölənlərin 57 nəfəri mülki şəxs, 15-i isə hərbiçidir. Xəsarət alanlardan isə 171 nəfəri mülki şəxs, 178 nəfəri həbiçidir.

Qeyd edək ki, bu gün Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günüdür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir