“Liverpul” sabiq futbolçusunu qaytarmaq istəyir

Baş səhifə

Bakı. Trend:

“Fulhem”in futbolçusu Harri Uilson Premyer Liqada klubunu dəyişə
bilər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Liverpul” uelsli vingeri heyətinə
qatmaq istəyir.

Uilsonun klubu ilə müqaviləsi yayda başa çatır. Bunu nəzərə alan “qırmızılar” mövsümün sonunda azad agent statusunda olacaq 29 yaşlı
oyunçu ilə danışıqlara başlamağı planlaşdırır.




Təcrübəli futbolçu ilə “Tottenhem” də yaxından maraqlanır.

Qeyd edək ki, Harri Uilson “Liverpul”un yetirməsidir. Uels
millisinin üzvü 2021-ci ilin yayında Mersisayd təmsilçisindən 14
milyon avro qarşılığında “Fulhem”ə keçib. O, cari mövsümdə London
klubunun heyətində meydana çıxdığı 34 rəsmi matçda 11 qol və 7
məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir