Bosniya və Herseqovina millisinin üzvü “Milan”ın hədəfində

Baş səhifə

Bakı. Trend:

PSV-nin futbolçusu Esmir Bayraktareviç karyerasını İtaliya A
Seriyasında davam etdirə bilər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Milan” bosniya və herseqovinalı
vingerin xidmətində maraqlıdır.




“Rossoneri” Bayraktareviçi bir neçə aydır yaxından izləyir. A
Seriyası nəhəngi yayda 21 yaşlı oyunçu üçün hərəkətə keçməyi
planlaşdırır.

Qeyd edək ki, PSV Esmir Bayraktareviçi 2025-ci ilin yanvarında
ABŞ-nin “Nyu-İnqlend Revolyuşn” klubundan 3 milyon avroya transfer
edib. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm Eyndhoven
təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 5 qol və 2
məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir