
Bakı.Trend:
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi
Respublika Partiyası Ermənistanda 7 iyun 2026-cı il tarixinə
planlaşdırılan parlament seçkilərində iştirak etməyəcək.
Trend Ermənistan
KİV-ə istinadən xəbər verir ki, bu barədə Sarkisyanın özü
jurnalistlərə məlumat verib.
O bildirib ki, partiyanın kimə dəstək verəcəyini qurultayda elan
edəcək. O, həmçinin qeyd edib ki, Respublika Partiyası bütün
müxalif qüvvələri dəstəkləyir.
Bundan əvvəl erməni KİV-ləri yazırdı ki, “Daşnaksütyun”
partiyası qarşıdan gələn parlament seçkilərində Ermənistanın keçmiş
prezidenti Robert Koçaryan ilə blok şəklində iştirak edəcək.
Koçaryan ötən ilin 7 oktyabr tarixində bildirmişdi ki, onun
komandası parlament seçkilərində iştirak edəcək. Daha sonra KİV-lər
xəbər vermişdi ki, o, 30 noyabr tarixində tərəfdarları ilə görüşdə
“Ermənistan” müxalif blokunun siyahısına rəhbərlik etməyə hazır
olduğunu göstərib və bölgələrdə işin fəallaşdırılmasına
çağırıb.

