Zelenski İstanbulda səfərdədir – Ərdoğanla görüşəcək

Baş səhifə

Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar üçün İstanbula səfər edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ukraynalı dövlət başçısının nümayəndəsi Sergey Nikiforov açıqlama verib.

Zelenski səfər çərçivəsində Türkiyə dövlət rəhbərliyinin nümayəndələri ilə yanaşı Konstantinopol Pravoslav Kilsəsinin hazırkı yepiskopu I Varfolomeylə də görüşəcək.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir