Azərbaycanda bir sıra kəndlərin su şəbəkəsi yenilənəcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın bəzi rayonlarının bir sıra kəndlərində su təchizatı
şəbəkəsinin layihə-smeta sənədləri hazırlanacaq.

Trend xəbər
verir ki, artıq bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Xidməti
hazırlıqlara başlayıb.

Məlumata əsasən, layihə-smeta sənədləri hazırlanacaq su
təchizatı şəbəkələri Masallı, Ağstafa, Göyçay, Hacıqabul, Saatlı,
Şamaxı, Tovuz, Naftalan, Xızı, Bərdə, Şabran, Siyəzən, Tərtər,
Ağstafa, Hacıqabul, İmişli, Yevlax, Ucar, Sabirabad, Füzuli, Lerik,
Qusar, Göygöl, İsmayıllı rayonlarının bəzi yaşayış məntəqələrini
əhatə edəcək.




Belə ki, siyahıya Masallının Şərəfə, Ağstafanın Köçvəlili,
Göyçayın Müskürlü və II Ərəbcəbirli, Hacıqabulun Muğan, Saatlının
Bəylər və Mollavazılı, Potubəyli, Əlisoltanlı, Şamaxının
Mərzəndiyyə, Tovuzun Düzcırdaxan və Cəlilli, Naftalanın Qasımbəyli,
Xızının Fındığan, Bərdənin Güloğlular, Şabranın Sincanboyad,
Siyəzənin Tuğay, Tərtərin Poladlı əraziləri daxil edilib.

Eyni zamanda Ağstafanın Yenigün, Hacıqabulun I Udulu, Qubalı və
II Udulu, l Paşalı və Şorbaçı, ll Paşalı, Tağlı, İmişlinin Məzrəli,
Yevlaxın Salahlı, Ucarın Alpoud, Sabirabadın Cavad, Füzulinin Araz
Dilağarda və Qarabağ, Lerikin Cəngəmiran, Qusarın Aşağı Ləyə,
Göygölün Mollacəlil, İsmayıllının Qəzli ərazilərinin də su
təchizatı şəbəkəsinin layihə-smeta sənədləri hazırlanacaq.

Layihə-smeta sənədlərinin hazırlanmasına ümumilikdə 1,242 milyon
manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir