İki həftə ərzində Biləsuvarda 26 nəfəri it dişləyib

Baş səhifə

Bakı. Trend:

Novruz bayramından indiyəcən Biləsuvarda 26 nəfəri it
dişləyib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Biləsuvar Rayon
Mərkəzi Xəstəxanasından məlumat verilib.




Bildirilir ki, 20 mart – 3 aprel 2026-cı il tarixləri ərzində
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına it dişəlməsi səbəbilə 26
müraciət daxil olub.

“Onlardan 13-ü kişi, 4-ü qadın, 9 nəfəri isə azyaşlı olub.
Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib, vaksin
tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıb”, – məlumatda
qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir