
Bakı.Trend:
Saatlı rayonunda gecə saatlarında tapılan pul vəsaiti qısa
müddətdə sahibinə qaytarılıb.
Trend-in
məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinə gecə saatlarında
küçələrdən birində içərisində pul əskinazları olan paketin
tapılması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən
dərhal müvafiq tədbirlər görülüb, aparılan araşdırmalar nəticəsində
pulu itirən şəxsin kimliyi müəyyən edilib.
Daha sonra həmin şəxs polis şöbəsinə dəvət olunaraq ona məxsus
pul vəsaiti təhvil verilib.
Adının açıqlanmasını istəməyən rayon sakini bildirib ki, paketdə
4000 manatdan artıq pul olub və bu vəsaiti kredit borcunu ödəmək
üçün toplayıb. Vətəndaş göstərilən köməkliyə görə polis
əməkdaşlarına minnətdarlığını ifadə edib.

