
Bakı. Trend:
“Google” beynəlxalq sanksiyalar səbəbindən Belarusun dövlətə
məxsus üç “YouTube” kanalını, “BELTA” agentliyinin, həmçinin “ONT”
və “STV” telekanallarının kanallarını silib.
Trend xəbər verir
ki, bu barədə “BELTA” məlumat yayıb.
Agentlik vurğulayıb ki, “YouTube” platformasına sahib olan
“Google” bu addımla bağlı heç bir izahat verməyib.
Belarusun İnformasiya Nazirliyi isə bu addımı dost olmayan və
əsassız bir addım kimi qiymətləndirib. Belə ki, həmin KİV-lər
sanksiya siyahılarına daxil edilməyib.
Qurum qeyd edib ki, cavab tədbirləri görmək hüququnu özündə
saxlayır.

