
Bakı. Trend:
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVI tura start
veriləcək.
Trend-in
məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Kəpəz” “Qəbələ”ni sınağa çəkəcək. Yevlax
şəhər stadionunda oynanılacaq qarşılaşma saat 15:30-da başlayacaq.
Hazırda “Kəpəz” 21 xalla 10-cu, “Qəbələ” 16 xalla 11-cidir.
Digər oyun isə Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə
“Neftçi” arasında reallaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt
şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da start
götürəcək.
Turnir cədvəlində Bakı klubu 37 xalla 6-cı, “gənclik şəhəri”
təmsilçisi isə 32 xalla 7-ci sırada yer alıb.
Qeyd edək ki, turun digər matçları aprelin 6-7-də
keçiriləcək.

