
Bakı. Trend:
Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında
sürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahə
avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə
müvafiq qurumların əməkdaşları cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,
aprelin 5-i səhər saatlarında fövqəladə hallar naziri
general-polkovnik Kəmaləddin Heydərov əraziyə gəlib.
Nazir yaranmış vəziyyətlə yerində tanış olub, məsələ ilə bağlı
müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə fikir mübadiləsi
aparıb, təklifləri dinləyib və aidiyyəti üzrə tapşırıqlar
verib.

