Bu marşrutun hərəkət sxemi dəyişdirilib

Baş səhifə

Bakı. Trend:

Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə
(Cavidan İbrahimli küçəsi) gedən yolda nəqliyyat vasitələrinin
hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar 53 nömrəli müntəzəm
marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyindən məlumat verilib.




Dəyişikliyə əsasən, marşrutun hərəkəti Badamdar qəsəbəsi –
metronun “Elmlər Akademiyası” stansiyası – “Azneft dairəsi” – 20-ci
sahə istiqamətində təşkil olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir