Tramp İranı hədələyib: Bu lənətə gəlmiş boğazı açın

Baş səhifə

Çərşənbə axşamı İran üçün həm Elektrik Stansiyaları Günü, həm də Körpülər Günü olacaq — hamısı bir yerdə.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

O bildirib ki, beləsi heç vaxt olmayıb.

Tramp dərhal Hörmüz boğazını açmağa çağırıb.

“Bu lənətə gəlmiş boğazı açın, alçaqlar, yoxsa cəhənnəmdə yaşayacaqsınız. Sadəcə baxın, Allaha həmd olsun”, – ABŞ lideri vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir