
Bakı. Trend:
Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri
davam edir.
Trend-in
məlumatına görə, yarışın sonuncu günündə Azərbaycan təmsilçisi
Fidan Qurbanlı top proqramında gümüş, Gövhər İbrahimova isə halqa
ilə hərəkətlərdə bürünc medal qazanıb.
Daha əvvəl Azadə Atakişiyeva lent proqramında fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. O, həmçinin topla hərəkətlərin icrasında
ikinci olub.
Ötən gün Azərbaycan komandası böyüklər kateqoriyasında gümüş
medala yiyələnib.
15 ölkədən gimnastların mübarizə apardığı turnirə bu gün yekun
vurulacaq.

