
Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 5-də işgüzar
səfərlə Dəməşqə gəlib.
Trend-in
məlumatına görə, bu barədə “TRT Haber” televiziya kanalı mənbələrə
istinadən xəbər verib.
Məlumata əsasən, burada nazir ikitərəfli danışıqlarda, eləcə də
Suriya prezidenti Əhməd əl-Şara və Ukrayna prezidenti Volodomir
Zelenski ilə görüşdə iştirak edəcək.
Türkiyə Xarici İşlər Nazirliyi Fidanın Suriyaya səfəri barədə
məlumat versə də, Zelenski ilə danışıqları barədə ətraflı məlumat
verməyib.

