
Bakı. Trend:
İtaliya A Seriyasının 31-ci turu çərçivəsində “İnter” və “Roma”
komandaları arasında prinsipial qarşılaşma baş tutub.
Trend xəbər verir
ki, Milandakı “Cuzeppe Meatza” stadionunda keçirilən oyun meydan
sahiblərinin 5:2 hesablı möhtəşəm qələbəsi ilə yekunlaşıb.
Baş hakim Simone Sodzanın idarə etdiyi matçda hesabı artıq
ikinci dəqiqədə “İnter”in hücumçusu Lautaro Martines açıb. Qonaqlar
40-cı dəqiqədə Canluka Mançininin qolu ilə tarazlığı bərpa etsələr
də, ilk hissənin sonuna əlavə olunmuş vaxtda Hakan Çalhanoğlu
milanlıları yenidən önə keçirib.
İkinci hissədə “İnter” üstünlüyünü daha da artırıb. 52-ci
dəqiqədə Lautaro Martines dublunu rəsmiləşdirib, 55-ci dəqiqədə
Markus Türam fərqi böyüdüb. 63-cü dəqiqədə Nikolo Barella hesabı
5:1 edərək oyunun taleyini həll edib. “Roma”nın yarımmüdafiəçisi
Lorentso Pelleqrini 70-ci dəqiqədə fərqi azaldaraq matçda son
nöqtəni qoyub.

