Nigeriyanın neft ehtiyatları azalıb

Baş səhifə

Bakı. Trend:

Nigeriyanın neft ehtiyatları son bir ildə 37,5 milyard bareldən
37,1 milyard barelə düşüb.

Trend xəbər verir
ki, bu barədə ölkənin “Channels” televiziya kanalı məlumat
yayıb.

Kanalın məlumatına görə, neft ehtiyatlarının azalması əlverişli
bazar şəraiti və qlobal qiymətlərin artması fonunda hasilat
templərinin yüksəlməsi ilə bağlıdır. Mövcud ehtiyatların 59 illik
istehsal üçün kifayət etdiyi bildirilir.




Eyni zamanda, Nigeriyanın qaz ehtiyatları artaraq 5,96 trilyon
kubmetrdən 6,08 trilyon kubmetrə yüksəlib və bu həcmin 85 il üçün
kifayət edəcəyi qeyd olunub.

Bundan əlavə, ölkədə neft hasilatı 2026-cı ilin fevralında
gündəlik 1,34 milyon bareldən aprel ayında 1,84 milyon barelə qədər
artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir