
Bakı. Trend:
“Real” futbol klubunun rəhbərliyi müdafiə xəttinin əsas
simalarından biri olan Antonio Rüdigerlə bağlı qərarını
açıqlayıb.
Trend xəbər verir
ki, Madrid təmsilçisi almaniyalı müdafiəçiyə rəsmi olaraq yeni
müqavilə təklif edib.
Hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq 33 yaşlı
futbolçu ilə əməkdaşlığın daha bir il müddətinə uzadılması
planlaşdırılır.

