
Bakı. Trend:
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə
əlaqədar bəzi limanlarda gəmilərin hərəkətinə müvəqqəti
məhdudiyyətlər tətbiq edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin
mətbuat katibi Pərvanə İmanova məlumat verib.
“Əlverişsiz hava şəraiti səbəbindən Qaradağ, Dübəndi və Sahil
limanlarına gəmilərin giriş-çıxışı müvəqqəti olaraq dayandırılıb.
Digər limanlarda isə fəaliyyət normal qaydada davam edir”, – o
vurğulayıb.
Qeyd edək ki, hazırdxa ölkə ərazisində qeyri-sabit hava şəraiti
hökm sürməkdədir. Məlumata görə, Bakıda və Abşeron yarımadasında
aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb. Bu da
aylıq normanın 390%-ni təşkil edir. Müşahidə olunan qeyri-sabit
hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı
axşamadək davam edəcəyi proqnozlaşdırılır.

