
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər.
Bu barədə APA-nın Tblisiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, dövlət başçısı abidənin önünə əklil qoyub.

