
Bakı. Trend:
2026-cı ilin yanvar-mart ayları ərzində 20 032 nəfərə uşağın
anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin
olunaraq Fond tərəfindən ödəniş edilib.
Trend xəbər
verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumata görə, müavinət ödənişləri 9 265 nəfər qız, 10 767 nəfər
oğlan uşağına görə aparılıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart ayları ərzində isə Fond
tərəfindən 21 723 nəfərə uşağın anadan olmasına görə proaktiv
qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.
Müavinət ödənişləri 10 100 nəfər qız, 11 623 nəfər oğlan uşağına
görə aparılıb.

