
Bakı. Trend:
Aprelin 6-da fövqəladə hallar naziri general-polkovnik
Kəmaləddin Heydərov Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində
kollektorda yaranmış nasazlıq nəticəsində suyun təsirinə məruz
qalmış əraziyə gəlib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat
xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir yaranmış vəziyyət və fəsadların aradan
qaldırılması istiqamətində görülən işlərlə yerində tanış olub,
aidiyyəti üzrə tapşırıqlar verib.

