
Bakı.Trend:
Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsi ərazisində kollektorunda
baş verən nasazlıq səbəbindən suyun təsirinə məruz qalmış
ərazilərdə FHN-nin müvafiq qüvvələri tərəfindən aidiyyəti tədbirlər
həyata keçirilir.
Trend xəbər
verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar
Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Pərviz
Aslanov deyib.
FHN əməkdaşı qeyd edib ki, gecə saatlarında da FHN qüvvələri
fasiləsiz olaraq müvafiq təhlükəsizlik tədbirləri həyata
keçirib:
“Bu saata olan məlumata əsasən, 97 sakin təhlükəsiz əraziyə
təxliyə edilib.
Hazırda ərazidən suyun çəkilərək kənarlaşdırılması FHN qüvvələri
tərəfindən davam etdirilir”.

