
Bakı.Trend:
Bakının Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi ilə bağlı
hərəkət qismən məhdudlaşdırılıb.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi,
Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi birgə məlumat
yayıb.
Məlumata görə, aramsız yağan yağışlar nəticəsində Səbail
rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi
təhlükəsi yaranıb.
Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının
təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil
yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən
məhdudlaşdırılıb
Sürücülərdən alternativ olaraq “20-ci sahə” adlanan ərazi
vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə
etmələri xahiş olunur.
Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin
stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti
qurumlarla birgə müvafiq tədbirlər görülür.

