
Bakı. Trend:
Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaq
bağçasının sabiq müdiri Lətifə Hasilovanın qanunsuz əməllərinə dair
rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq
yekunlaşıb.
Bu barədə Trend-ə Zaqatala rayon prokurorluğundan məlumat
verilib.
Bildirilib ki, istintaq zamanı Lətifə Hasilovanın qeyd olunan
vəzifədə işlədiyi dövrdə rəhbərlik etdiyi müəssisəyə işə qəbul
olunması məqsədilə ümumilikdə 10 nəfərdən külli miqdarda pul
vəsaitini rüşvət qismində alması və digər qanunsuzluqlar
törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Lətifə Hasilovaya Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və
külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan
olunub.
Cinayət işi üzrə ibtidai istintaq başa çatdırılaraq ittiham aktı
ilə baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.

