
Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Kosmik Agentlik (“Azərkosmos”)
dünyanın 32 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində peyk
telekommunikasiya xidmətləri ixrac edib.
Trend bu barədə İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üçün
mart sayına istinadən xəbər verir.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10%
azdır.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi
gəlirlərinin 65%-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının
ilk beşliyində 710,4 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 545.4
min ABŞ dolları ilə Lüksemburq, 374,4 min ABŞ dolları ilə İsveç,
162 min ABŞ dolları ilə Türkiyə, 152,5 min ABŞ dolları ilə Pakistan
qərarlaşıb.

