Tramp: İran hökuməti “lazım olanı etsə”, müharibə çox tez başa çata bilər

Baş səhifə

İranla atəşkəs təşəbbüsləri “kifayət deyil, lakin əhəmiyyətli addımdır”.

Sky News -un məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Tramp qeyd edib ki, əgər qərar yalnız ona bağlı olsaydı, müharibəni davam etdirərək İranın neftini ələ keçirərdi.

“Mənə qalsa, nefti götürər, saxlayar və bundan böyük gəlir əldə edərdik”, – deyə o vurğulayıb.

Bununla yanaşı, ABŞ lideri əlavə edib ki, Amerika ictimaiyyəti müharibənin başa çatmasını istəyir və o da vətəndaşların istəyini nəzərə alır.

Tramp həmçinin bildirib ki, İranda xilas edilən amerikalı pilotların vəziyyəti yaxşıdır.

Onun sözlərinə görə, İran hökuməti “lazım olanı etsə”, müharibə çox tez başa çata bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir