Selin ziyanlarının aradan qaldırılması istiqamətində işlər gücləndirilmiş rejimdə davam etdirilir – AAYDA

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən
yaranmış sel sularının yollara və süni qurğulara vurduğu ziyanların
aradan qaldırılması, yolun hərəkət hissəsinin palçıq, lil və qaya
parçalarından təmizlənməsi istiqamətində işlər gücləndirilmiş
rejimdə davam etdirilir.

Bu barədə Trend-ə AAYDA-dan bildirilib.

Qeyd olunur ki, son günlər ölkə ərazisində müşahidə olunan
intensiv yağıntılar nəticəsində bəzi avtomobil yollarında, eləcə də
yol infrastrukturu elementlərində (körpülər, suötürücü qurğular və
s.) müəyyən fəsadlar yaranıb.




Fəsadların qeydə alındığı ərazilərə dərhal Agentliyin
əməkdaşları və xüsusi texnikalar cəlb olunur, operativ qaydada
təmizləmə və bərpa işləri həyata keçirilir. Eyni zamanda, hərəkətin
təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə təhlükəsizlik
tədbirləri görülür, zərurət yarandıqda nəqliyyat vasitələrinin
hərəkəti qismən məhdudlaşdırılır.

Yollarda rahat və təhlükəsiz gediş-gəlişin təmin olunması üçün
bütün zəruri və təxirəsalınmaz tədbirlər görülməkdədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən,
xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən yollarda diqqətli
olmalarını, hava şəraitini nəzərə almalarını və yol hərəkəti
qaydalarına ciddi riayət etmələrini xahiş edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir