
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, İranla qarşıdurma
zamanı alyansın tutduğu mövqe NATO-nun nüfuzuna uzunmüddətli zərbə
vurub.
Trend xəbər verir ki, Tramp
bu fikirləri Ağ Evdə jurnalistlərə açıqlaması zamanı
səsləndirib.
“Deməliyəm ki, NATO məni ciddi şəkildə məyus etdi. Hesab edirəm
ki, bu, alyans üçün heç vaxt unudulmayacaq bir ləkədir”, – deyə o
vurğulayıb.

