“Real Madrid” yayda Kamavinqanı sata bilər

Baş səhifə

Bakı. Trend:

Əgər sərfəli təklif gələrsə, “Real Madrid” bu yay 23 yaşlı
yarımmüdafiəçi Eduardo Kamavinqanı satmağı düşünür.

Trend bu barədə “L’Équipe”ə istinadən məlumat verir.




Nəşrin məlumatına görə, Madrid klubu oyunçunun potensialını tam
şəkildə reallaşdıra bilməməsindən məyusdur. Fransız artıq komanda
tərəfindən toxunulmaz hesab edilmir və karyerasını “Real Madrid”də
davam etdirməkdənsə, ayrılmağa daha yaxındır. Onun karyerasının
sonrakı inkişafı üçün ən çox ehtimal olunan variant İngiltərə
Premyer Liqasıdır.

Kamavinqa 2021-ci ilin avqustunda “Real Madrid”ə qoşulub və
2027-ci ilə qədər 40 milyon avroya müqavilə imzalayıb. Bu mövsüm
yarımmüdafiəçi bütün yarışlarda 35 oyunda iştirak edib, iki qol
vurub və bir məhsuldar ötürmə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir