Enzo Fernandez “Çelsi”dən ayrılmağı planlaşdırmır

Baş səhifə

Bakı. Trend:

Enzo Fernandez “Çelsi”dən ayrılmağı planlaşdırmır.

Trend xəbər verir ki,
futbolçuya yaxın mənbələrin bildirdiyinə görə, onun əsas prioriteti
London klubunda qalmaqdır. Tərəflər artıq yeni müqavilə ilə bağlı
danışıqlar aparır.

Qeyd olunur ki, klub və yarımmüdafiəçi yalnız müqavilənin
uzadılmasını deyil, həm də onun komandadakı rolu və əhəmiyyətinə
uyğun maaş artımını müzakirə edir.




Bununla yanaşı, bir neçə Avropa top-klubunun argentinalıya maraq
göstərdiyi də vurğulanır.

Həmçinin bildirilir ki, Enzonun komanda yoldaşları baş məşqçi
Liam Rosenior-dan futbolçuya tətbiq olunan cəzanın ləğv edilməsini
xahiş ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir