
Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start
veriləcək.
Trend xəbər verir ki, ilk
oyun günündə iki qarşılaşma keçiriləcək.
“Real” öz meydanında “Bavariya”nı qəbul edəcək, “Arsenal” isə
Portuqaliyada “Sportinq”in qonağı olacaq. Hər iki matç Bakı vaxtı
ilə saat 23:00-da başlayacaq.
Turun digər iki gprüşü isə sabah keçiriləcək.
7 aprel
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
23:00. “Real” (İspaniya) – “Bavariya” (Almaniya)
23:00. “Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə)
8 aprel
23:00.”Barselona” (İspaniya) – “Atletiko” (Madrid, İspaniya)
23:00.PSJ (Fransa) – “Liverpul” (İngiltərə)

