
Bakı.Trend:
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən tikiş sexində
yanğın baş verib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat
verilib.
Bildirilir ki, Abşeron rayonunun Saray qəsəbəsində ümumi sahəsi
250 m² olan birmərtəbəli tikiş sexinin içərisində parça
materialları 120 m² sahədə və dam örtüyünün taxta atmaları 200 m²
sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.

