
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) iranlılara bu axşamadək ölkə
daxilində qatarla səyahət etməmələri barədə təcili xəbərdarlıq
edib.
Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.
“Əziz vətəndaşlar, təhlükəsizliyiniz naminə xahiş edirik ki, bu
andan etibarən İran vaxtı ilə saat 21:00-dək ölkə daxilində qatar
xidmətlərindən istifadə etməkdən və qatarla səyahət etməkdən
çəkinəsiniz”, – IDF-nin farsdilli sözçüsü, ehtiyatda olan
polkovnik-leytenant Kamal Penhasi bəyanatda bildirib.
“Qatarların vaqonlarında və dəmir yolu xətlərinin yaxınlığında
olmanız həyatınızı risk altına qoyur”, -deyə o əlavə edib.
Qeyd edək ki, dünən İsrailin müdafiə naziri İsrael Kats bildirib
ki, IDF-ə “İranın terror rejiminin milli infrastrukturuna tam güclə
zərbələri davam etdirmək” tapşırılıb.

