
Bakı.Trend:
Heydər Əliyev prospektində, ASCO Arena stadionunun qarşısında
zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər
verir ki, hadisə ilə bağlı məlumatı Daxili İşlər Nazirliyinin
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Bildirilib ki, sükan arxasında diqqətsizlik yol qəzalarının əsas
səbəblərindən biri olaraq qalır. Sürücülərə yola çıxarkən daha
məsuliyyətli davranmaq tövsiyə olunub.
Hadisə anının görüntüləri ictimaiyyətə təqdim edilib.

