AFB Bank-da ikiqat pozuntu : həm sərəncam, həm 2000 manat cərimə

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı tərəfindən “AFB Bank” ASC-yə icrası
məcburi sərəncam verilib və bankın vəzifəli şəxsi inzibati
məsuliyyətə cəlb olunub.

Trend xəbər
verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata əsasən, “AFB Bank” ASC tərəfindən inzibatçı vəzifəsinə
təyinat və dəyişikliklərlə bağlı müəyyən edilmiş müddətdə Mərkəzi
Banka yazılı bildiriş təqdim edilməyib. Bu hal “Banklar haqqında”
Azərbaycan Respublikası Qanununun 10.6-cı və 15.2-ci maddələrinin
tələblərinin pozulması kimi qiymətləndirilib. Bununla əlaqədar
olaraq, Qanunun 47-ci maddəsi rəhbər tutulmaqla, Mərkəzi Bank
tərəfindən banka gələcəkdə oxşar halların təkrarlanmaması məqsədilə
daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi
sərəncam verilib.




Bununla yanaşı, “AFB Bank” ASC tərəfindən prudensial
hesabatların forması, məzmunu və təqdim olunması qaydalarının
tələblərinin pozulması faktı da müəyyən edilib. Qeyd olunan
pozuntuya görə “Banklar haqqında” Qanunun 47-ci maddəsi rəhbər
tutulmaqla, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən
bankın vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilib.

AMB vurğulayıb ki, hesabatlılıq forması üzrə yol verilmiş
pozuntular bankın maliyyə dayanıqlılığına hər hansı təhdid
yaratmır.

Sözügedən bank 2008-ci ildə “Azfinansbank” Açıq Səhmdar
Cəmiyyəti (ASC) adı ilə dövlət qeydiyyatına alınıb. Bank 2009-cu
ildə isə rebrendinq edərək indiki adını – “AFB Bank” ASC olub.
Nizamnamə kapitalı 70 milyon 393 min 455 manat olan bankın qanuni
təmsilçisi Xubanlı Orxan Qurban oğludur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir