Rusiyada imtahana buraxılmayan şagird müəllimini bıçaqlayıb

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Perm diyarının Dobryanka adl yaşayış məntəqəsində
şagird məktəbin qarşısında qadına soyuq silahla hücum edib.

Trend bu barədə
Rusiya KİV-ə istinadən xəbər verir.

İlkin versiyaya görə, yeniyetmə onu imtahana buraxmadığına görə
qadın müəlliminə kəsici-deşici bıçaq xəsarətləri yetirib.




Zərərçəkən xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərin
ağırlığından həkimlər onun həyatını xilas edə bilməyiblər. Bölgənin
qubernatoru Dmitriy Maxonin müəllimənin öldüyü faktını
təsdiqləyib.

Yeniyetmə saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

İnsidentdən sonra bölgənin bütün təhsil müəssisələrində
təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir