
Bakı. Trend:
Bu ilin martın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsi üzrə
biznes kredit portfeli 1,908 milyard manat təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq
müqayisədə 14,5 milyon manat və ya 0,8%, ötən ilin eyni dövrünə
nisbətən isə 431,7 milyon manat 29,2% artıb.
Belə ki, nəqliyyat sektoru üzrə banklar tərəfindən verilmiş
biznes kreditlərin məbləği 2026-cı ilin fevralın 1-nə 1,893 miyard
manat, ötən ilin martın 1-nə isə 1,475 milyard manat təşkil
etmişdi.
Qeyd edək ki, 2026-cı ilin martın 1-nə Azərbaycanda bankların
kredit portfeli 30,119 milyard manat olub. Kredit portfelinin
strukturunda biznes kreditlәri 53,3% (16,058 milyard manat),
istehlak kreditlәri 31,4% (9,467 milyard manat) vә ipoteka
kreditlәri 15,3 % (4,593 milyard manat) təşkil edib.

