Bakıda yüzlərlə tikili kollektorların üzərində inşa edilib

Baş səhifə

Bakı. Trend:

Bakıda 1600-ə yaxın tikilinin kanalizasiya və yağış
kollektorlarının mühafizə zolağında və üzərində inşa olunduğu məlum
olub.

Trend bu barədə
məlumatı etibarlı mənbədən əldə edib.

Bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında və
istismarında olan kanalizasiya və yağış kollektorlarının mühafizə
zolaqlarında və üzərində 1600-ə yaxın tikili mövcuddur.




Mənbənin sözlərinə görə, bu isə sıradan çıxan kollektorların
təmir və bərpasını çətinləşdirir.

Qeyd edək ki, son günlər kollektorların üzərində yerləşən bəzi
evlərin sökülməsinə başlanılıb. Belə ki, Bakının Xətai rayonu,
Rəşid Bağırov küçəsində, üzərində evlər tikildiyinə görə diametri
1200 mm olan tullantı su kollektoru çöküb və ərazidəki evləri su
basıb. Qəzaya səbəb olan ev sökülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir