Sukuk bazarı 2026-cı ilə möhkəm kredit göstəriciləri ilə daxil olub – Fitch Ratings

Baş səhifə

Bakı. Trend:

Sukuk bazarı 2026-cı ilə möhkəm kredit göstəriciləri ilə daxil
olub.

Trend xəbər verir
ki, bu barədə “Fitch Ratings” prezidenti İen Linnel İslam Maliyyə
Simpoziumunun gedişində bəyan edib.

“Bu gün sukuk bir çox inkişaf etməkdə olan ölkələr üçün mühüm
maliyyələşdirmə alətidir və dövriyyədə olan sukukun ümumi həcmi
artıq 1 trilyon ABŞ dollarını ötüb”, – Linnell qeyd edib. “Ənənəvi
bazarlardan savayı, biz Avstraliya, Böyük Britaniya və Şri-Lanka
kimi yeni ölkələrdə ilk sukuk buraxılışlarını görürük”.

O, vurğulayıb ki, sukukun əksəriyyəti yüksək kredit reytinqinə
malikdir. “Fitch tərəfindən qiymətləndirilmiş sukukun 80%-dən çoxu
investisiya reytinqinə malikdir, reytinqlərin 90%-i sabit proqnozla
qiymətləndirilir və son dörd ildə defolt halları qeydə alınmayıb”,
– Linnell əlavə edib.

“Fitch”in prezidenti həmçinin İslam banklarının rolunun
artmasına diqqət çəkib. “İslam bankçılığı təxminən 17 ölkədə sistem
əhəmiyyətli olur, bəzi əsas bazarlarda isə bu banklar daxili
bazarın 85%-inə qədərini nəzarətdə saxlayır”, – o bildirib.




Bununla yanaşı, Linnell sektorda mövcud çağırışlara, o cümlədən
tənzimləmə, standartlaşdırma, şəriətə uyğunluq və maliyyə
məhsullarının müxtəlifliyi məsələlərinə də toxunub..O, bazarın
genişlənməsi ilə əlaqədar ortaya çıxan yeni riskləri, o cümlədən
beynəlxalq münaqişələr fonunda, məsələn, İranda yaranan riskləri də
vurğulayıb. “Belə şəraitdə “Fitch”in müstəqil, şəffaf və obyektiv
qiymətləndirməsi sektorun inkişafının dəstəklənməsi üçün xüsusilə
vacibdir”, – deyə o qeyd edib.

Linnell “Fitch”in İslam maliyyəsinin inkişafındakı rolundan da
danışıb: “On ildən çox əvvəl Fitch İslam maliyyəsi üzrə xüsusi qrup
yaradıb. Bu komanda sektor üzrə təşəbbüslərimizi və layihələrimizi
aktiv şəkildə həyata keçirir”.

Onun sözlərinə görə, Fitch bazarda liderdir: “Biz digər
beynəlxalq reytinq agentliklərindən daha çox İslam banklarını,
sığortaçıları və sukuk proqramlarını qiymətləndiririk. Dünyada ABŞ
dolları ilə sukuk bazarının 70%-dən çoxu, həcmi 240 milyard dolları
ötən bazar məhz “Fitch” tərəfindən qiymətləndirilir”.

Nəticə çıxararaq, Linnell İslam maliyyəsi sənayesinin gələcək
inkişafı üçün innovasiyaların və əməkdaşlığın vacibliyini
vurğulayıb. “Sektorun qarşısında duran imkanlar və çağırışlar
diqqətli müzakirə, innovativ həllər və bazar iştirakçılarının sıx
əməkdaşlığını tələb edir”, – deyə o yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir