Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir

Baş səhifə

Macarıstanda keçiriləcək seçkilərdə qalib gələn hər kəslə əməkdaşlıq edəcəyik, lakin Viktor Orbanın qalib gələcəyinə əminəm.

APA xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib.

Vens bildirib ki, Brüsseldəki bürokratlar Macarıstan liderinin seçkiləri uduzması üçün əllərindən gələni ediblər: “Brüsseldəki bürokratlar Macarıstan xalqının inkişafını əngəlləməyə çalışır, çünki onlar xalq üçün mübarizə aparan lideri sevmirlər. Bu ölkədə baş verənlər, seçki kampaniyası zamanı baş verənlər isə mənim gördüyüm və ya barəsində oxuduğum ən pis xarici intellektual müdaxilə nümunələrindən biridir”.

Qeyd edək ki, Macarıstanda parlament seçkilərin aprelin 12-nə təyin olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir