
Bakı.Trend:
Tovuz şəhərinin bir hissəsinin qaz təchizatında fasilə
yaranacaq.
Bu barədə Trend-ə “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, Şəmkir RQİİ-nin Tovuz Xidmət Sahəsi tərəfindən
Tovuz rayonu Tovuz AQPS-dən qidalanan orta təzyiqli, diametri 108
mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması,
yeni abonentlərin şəbəkəyə qoşulması, eləcə də cari təmir-bərpa
işlərinin aparılması ilə əlaqədar 08.04.2026-cı il tarixində saat
09:30-dan etibarən qaz verilişi müvəqqəti dayandırılacaq.
Məlumata görə, işlər başa çatanadək şəhərin bir hissəsində,
ümumilikdə 3000 abonentin qaz təminatında fasilə yaranacaq.

