Ağdaban soyqırımından 34 il ötür

Baş səhifə

Bakı. Trend:

Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara
qarşı kütləvi qırğın törətməsindən 34 il ötür.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı
Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban
sakinlərinə qarşı vəhşiliklər törədib.

130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısı
yandırılıb, 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif
işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2
uşaq, 7 qadın diri-diri yandırılıb, 9 nəfərə ağır bədən xəsarəti
yetirilib.

Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və
mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah
və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şeirinin ustadı Aşıq
Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi
yandırılıb.

Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, rayon
mərkəzindən 56 km şimal-şərqdə yerləşir.

Bu gün Ağdaban sakinləri doğma torpaqlarındadır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir