“Bavariya” “Real Madrid”i məğlub edib – UEFA Çempionlar Liqası

Baş səhifə

Bakı. Trend:

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda Almaniyanın “Bavariya” futbol klubu İspaniyanın “Real Madrid” komandasını 2:1
hesabı ilə məğlub edib.

Trend-in
məlumatına görə, oyun Madridin “Santyaqo Bernabeu” stadionunda
keçirilib.




Qalib komandanın heyətində qolları Luis Dias (41-ci dəqiqə) və
Harri Keyn (46) vurublar. Məğlub komandadan isə Kilian Mbappe (74)
fərqlənib.

Qeyd edək ki, “Bavariya” 2012-ci ildən bəri ilk dəfə “Real
Madrid”i məğlub edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir