
Bakı. Trend:
Londonun “ICE” birjasında 2026-cı ilin iyun ayında çatdırılma
üçün “Brent” markalı xam neftin fyuçerslərinin qiyməti 6 faizdən
çox düşüb.
Trend-in
məlumatına görə, bu barədə ticarət platformasından bildirilib.
Məlumata əsasən, “Brent” markalı neftin qiyməti 6,17 faiz
ucuzlaşaraq barrel üçün 103 dollara düşüb.
Bakı vaxtı ilə saat 01:07-yə qədər “Brent” markalı neftin
qiyməti enişi yavaşlayıb və bir barrel üçün 103,75 dollara satılıb
(5,48% azalma).

